None

Source: Meydan TV

Maduro ilə müsahibə zamanı amerikanlı jurnalist həbs edilib

Article was updated on :  26 February 2019

Venesuelanın prezident sarayında Nikolas Maduro ilə müsahibə zamanı ABŞ-ın ən məşhur ispandilli jurnalisti Xorxe Ramos (Jorge Ramos) saxlanılıb.

Hadisə mükafat qazanan jurnalisti Maduroya venesuelalıların bir zibil daşıyan yük maşınıdan yemək yediyi şəkillərini göstərdiyindən sonra baş verib, - BBC xəbər verir.

“Amerikanın Səsi” radiosunun məlumatına görəsə, üç saatdan sonra Xorxe Ramos və onun televiziya qrupu sərbəst buraxılıb.

Onların avadanlıqları müsadirə olunub.

X.Ramos Venesuelaya bu ölkənin hakimiyyəti tərəfindən Nikolas Maduro ilə müsahibə üçün dəvət edilib.

Venesuelanın rabitə naziri Xorxe Rodriges (Jorge Rodriguez)

jurnalistlərin saxlanması xəbərini təkzib edib və deyib ki, X.Ramos Maduronu müsahibə zamanı təhqir edib, onu “qatil” və “diktator” adlandırıb. Nazirin sözlərinə görə, məhz bu səbəbdən müsahibə yarımçıq dayandırılıb.

Nazir deyib ki, hökumət indiyə qədər yüzlərlə jurnalisti qəbul edib, amma belə "ucuz şouları" heç vaxt dəstəkləməyib.

ABŞ-da ispandilli aparıcı televiziya şəbəkəsi olan “Univision” altı nəfərlik qrupun təxminən üç saatdan sonra sərbəst buraxıldığını deyib, ancaq onların çəkilişləri və əşyalarının geri qaytarılmadığını söyləyib.

"O, mən bir zibil yük maşınından yeyən gənclərin videolarını göstərdikdən sonra ayağa qalxdı," Ramos Karakasda Miraflores sarayında keçirilən müsahibə haqda deyib.

Ramos deyib ki, o, Nikolas Maduroya milyonlarla venesuelalının və dünyanın onu qanuni bir rəhbər olaraq tanımadığını və onu diktator hesab etdiklərini deyib.

Saxlanma müddətində Ramos və “Univision”ıun vitse-prezidenti Mariya (Maria) Martinez, işıqları söndürülmüş ayrı bir otaqda "bir neçə dəqiqə" saxlanılıblar.

“Univision” komandası çərşənbə axşamı, fevralın 27-də deportasiya ediləcək, - “Reuters”xəbər verir.

Meksikada doğulmuş veteran amerikalı jurnalist, Ramos, öz qarşıdurmalı sual tərzi ilə seçilir. 2015-ci ildə, o, prezidentliyə namizəd Donald Trampın mətbuat konfransından çıxarılmışdı.

Jurnalistləri Qoruma Komitəsinin Mərkəzi və Cənubi Amerika proqram koordinatoru Natali Sautvik (Natalie Southwick) deyib: "Müsahibəni dayandırmaqla və Latın Amerikasının ən yüksək səviyyəli müxbirlərindən birini senzura etməklə Nikolas Maduro mətbuatı gözardı etdiyini nümayiş etdirdi".

Ötən ay bir sıra yerli və xarici jurnalistlər Karakasda işləyərkən qısamüddətli saxlanmışdılar. Bəziləri deportasiya edilmişdi.

Daha əvvəl bir qrup Latın Amerikası ölkəsi və Kanada Maduronun bölgədəki sülh və təhlükəsizliyə qarşı bir təhdid olduğunu söyləyib və onun dərhal istefasına, ölkənin demokratik keçidinə və azad seçkiyə səsləyiblər.

Ən az iki nəfər şənbə günü vətəndaşlarla Maduroya sadiq olan ordu arasında qarşıdurma zamanı həyatlarını itiriblər. Qarşıdurma özünü müvəqqəti prezident elan etmiş Xuan Quaydonun təşkil etdiyi xarici yardımın ölkəyə girməsini ordu əngəlləyərkən baş verib. Maduro deyir ki, xarici yardım ABŞ-ın hazırladığı dövlət çevrilişinin bir parçasıdır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  26 February 2019
Featured in:  
Shortlink:   http://mtv.re/0lhqfn

Most Viewed