Source: https://faktxeber.com/

İqtisadçı: Neft və qazdan əldə olunan gəlirin az qala 72 faizi xərclənib

“Bu pulların hara və necə xərcləndiyi bilinmir”

“Son 20 ildə neft və qazdan əldə olunan gəlir hər adama 25 min manat və yaxud hər 4 nəfərdən ibarət ailəyə 100 min manat vəsait demək idi. Az qala bu gəlirlərin 72 faizi xərclənib. Ancaq hara, necə, bilinmir”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir.

Onun sözlərinə görə, 2001-ci ildən 2021-ci ilin 1 iyul tarixinədək yalnız Azəri Çıraq Günəşli (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 151,759 mln. ABŞ dolları olub.

İqtisadçı deyir ki, 2007-ci ildən 2021-ci ilin 1 iyulunadək Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər isə 3,738 mln. ABŞ dolları təşkil edib: “Toplam neft və qaz gəlirləri 155 milyard 497 milyon dollar olub. Hazırkı məzənnə ilə 264 milyard 345 milyon manat edir. Hazırda Neft Fondunun aktivləri 44 104,9 milyon ABŞ dolları və ya 74 978,5 milyon manatdır. Bu o deməkdir ki, bütün mənbələrdən əldə edilmiş neft-qaz və faiz-renta gəlirlərinin 28,3 faizi qalıb, 71,7 faizi xərclənib. Hara, necə və nə qədər suallarını gələcək nəsillər də bizdən soracaq?”

İqtisadçı hesab edir ki, bu sualları cavablandırmaq o qədər də asan olmayacaq, çünki 264 milyard 345 milyon manatla yanaşı yaxşı idarəetmə, təhsil, inovasiya, “start up”-larla Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrin siyahısına çıxartmaq mümkün idi: “İtirilmiş imkanlar da dəyərləndirməli, korrupsiya hesabına mənimsənilmiş vəsaitlər də hesablanmalıdır. Neft pulları ən çox xərcləndiyi tikinti sektoru, əsasən də nəqliyyat infrastrukturudur. Sadəcə, 1 milyard manata qədər sərmayə qoyulan Quba-Bakı yolundan istifadə etməklə onun səmərəsizliyini aydın görmək mümkündür”.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Source: Qubad İbadoğlunun şəxsi arxivindən

Qubad İbadoğlu bildirir ki, üstəlik, neft gəlirlərinin ədalətsiz bölüşdürülməsi ölkədə təbəqələşməni və yoxsulluğu daha da dərinləşdirib. Eyni zamanda, neft gəlirləri qiymətlərin bahalaşmasında əhəmiyyətli rol oynayıb, xərcləri daha da artırıb: “Odur ki, ölkədə ifrat təbəqələşmə yaranıb. Neft gəlirlərinin istifadəsi üzərində hələ də ictimai nəzarət yoxdur. Gəlirlərin necə idarəolunması və xərclənməsi şəffaf deyil, bu barədə Neft Fondundan informasiya almaq hüquqları məhduddur. Müstəqil məhkəmə olmadığı hazırkı şəraitdə isə bununla bağlı hüquqları təmin etmək mümkün deyil”.

İqtisadçı əlavə edir ki, hazırkı şəraitdə bu gəlirlərin ən yaxşı xərc istiqaməti istedadlı gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi olardı, ancaq, təəssüf ki, bununla bağlı dövlət proqramı 2015-ci ildən dayandırılıb. İndi tətbiq edilən proqram isə məhdud xarakter daşıyır.

Azərbaycan hökuməti vaxtaşırı açıqlamalarında neftdən asılılığı azaltmaq, qeyri-neft sektorunu dirçəltmək üçün tədbirlər görüldüyünü bildirir.

Müstəqil iqtisadçılar, ekspertlər isə bu tədbirlərin yetərincə olmadığını, Azərbaycan iqtisadiyyatının birbaşa neftdən asılı olduğunu düşünürlər.

İqtisadçı Natiq Cəfərli daha öncə Meydan TV-yə açıqlamasında hətta qeyri-neft sektorunun da neft sektoruna bağlı olduğunu bildirmişdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/n818q0

Most Viewed