Source: Meydan TV

"Əgər qohumlarım, anam arxamda dayansaydı, mən bu hala gəlib çıxmazdım"

Article was updated on :  3 February 2021

"Əgər qohumlarım, anam arxamda dayansaydı mən bu hala gəlib çıxmazdım".

2019-cu ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı 1380 cinayət törədilib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi verdiyi hesabatda bildirib. Hesabatda qeyd olunub ki, zərərçəkmişlərin 1038-i qadın, 12-si yetkinlik yaşına çatmayan qızdır.

Gender aktivisti Gülnara Mehdiyeva hesab edir ki, baş verən cinayətlərin kökündə patriarxat və bərabərsizlik durur.

"Əslində həmin rəqəmlər sadəcə polisə gedib çıxa bilmiş qadınlara aid statistikadır. Reallıq odur ki, vəziyyət daha ağırdır." - Gülnara Mehdiyeva deyib. O deyir ki, məişət zorakılığına məruz qalmış qadınlar zorakılıqdan xilas olmağa çalışarkən cəmiyyət tərəfindən qınaqla üzləşir: "Azərbaycan kimi ölkələrdə qadının öz ərindən polisə şikayət etməyi tabu hesab olunur".

Səidə Məmmədova (ad şərtidir) 3 uşaq anasıdır. Məişət zorakılığına məruz qaldığı üçün sığınacağa üz tutub. Deyir ki, yoldaşı ilə nikahı olmayıb, dəfələrlə nikah bağlamağı istəsə də, yoldaşı bundan imtina edib. Əvəzindən şiddətə məruz qalıb.

"Əgər qohumlarım, anam arxamda dayansaydı mən bu hala gəlib çıxmazdım".

Hüquqşünas Səməd Rəhimli hesab edir ki, məişət zorakılığı təfəkkürlə bağlı məsələdir. O, dövlətin bu məsələdə öhdəliklərinin olmasına baxmayaraq, atılan addımları adekvat olmadığını düşünür.

Gülnara Mehdiyeva deyir ki, bəzən qadınlar polisə şikayət etdikdə, polis hadisəni araşdırmaq əvəzinə, münaqişə tərəflərini barışdırmağa çalışır.

Səməd Rəhimli hesab edir ki, bəzən dövlət adamları da öz ritorikalarında bu məsələyə apelyasiya etdiyini görürük. Deputat Razi Nurullayev dekabrın 30-u Milli Məclisdə etdiyi çıxışında deyib ki, məişət problemlərini gender bərabərsizliyi kimi təqdim etmək doğru deyil.

Gülnara Mehdiyeva qadının deputatın dediyi kimi kişi tərəfindən yox, qanun tərəfindən qorunmalı olduğunu deyir.

Səməd Rəhimli dövlətin bu məsələdə konkret öhdəliklərinin olduğunu bildirir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  3 February 2021
Featured in:  
Shortlink:   http://mtv.re/uck9w5

Most Viewed