Source: Meydan TV

“Bank heç bir şərtimizi qəbul etmir”

“Bank heç bir şərtimizi qəbul etmir”

Cavad Camalov Ramana qəsəbəsində yerləşən evini 2013-cü ildə “AFB Bank”a girov qoyub.

O, 2015-ci ilə kimi ödənişi vaxtlı-vaxtında etsə də, devalvasiyadan sonra pulu ödəyə bilməyib.

Şikayətçi bildirir ki, sənəddə evin həcmi 47 kvadratmetr göstərilsə də, ümumi artırmalarla birgə ev 250 kvadratmetrə yaxındır. Bu artırmalar əmlak girov qoyulana qədərki müddətdə edilib.

Hazırda “AFB Bank” ya ödənilməmiş borcun ümumi məbləğini, ya da evin hamısını tələb edir. Bu məbləğ isə 43000 manat edir.

Cavad Camalovun valideynləri Qarabağ müharibəsi veteranlarıdır. Onlar öncə Ermənistandan, sonra isə Şuşadan məcburi köçkün olublar.

Ailə prezidentdən və Birinci vitse-prezidentdən kömək istəyir.

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov problemin kökünü qanunsuz tikililərdə və evlərin sənədləşməsinə mane olan məmur özbaşınalığında görür. O bildirir ki, bankın bu məsələdə faktiki qanun pozuntusu yoxdur. Çıxış yolu isə əmlakın satılması, yaxud bankın vətəndaşa könüllü güzəşt getməsi ola bilər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/k4ev5c

Most Viewed