Avropa Məhkəməsinin Böyük Palatası İlqar Məmmədovla bağlı qərar verib

Bundan əlavə, Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.


Bu qərar Azərbaycanda ilkdir

"Azərbaycan hökuməti məni həbs edib, məhkəmə qərarından sonra da buraxmaması Avropa Şurasındakı üzvlük öhdəliyini pozub. Avropa Məhkəməsinin Böyük Palatası bu barədə qərar verib".

ReAL Partiyasının sədri İlqar Məmmədov belə deyir. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası mayın 29-da Azərbaycanla bağlı məzmunca bütün AİHM məkanında yeni olan qərarını açıqlayıb.

Qərar Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) müraciəti əsasında qəbul edilib. AŞNK müraciətində hesab edirdi ki, Azərbaycan hökuməti siyasi fəaliyyətini məhdudlaşdırmaq niyyəti ilə həbs etdiyi siyasətçini AİHM qərarına rəğmən azad etməyib. Bununla Azərbaycan Avropa Şurasındakı öhdəliklərinin pozuntusuna yol verib.

Avropa Məhkəməsinin Böyük Palatası qərar verdi ki, Azərbaycan dövləti siyasətçini azad etməməklə Avropa Şurası qarşısındakı öhdəliyini (Konvensiyanın 46.1-ci maddəsi) pozub.

Qərar yekdilliklə qəbul edilib və dərhal qüvvəyə minib.

İlqar Məmmədovun vəkili Fuad Ağayev deyir ki, Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı Azərbaycan hökumətinin qərarını icra etmək vəzifəsini pozması nəticəsinə gəlib.

Hüquq müdafiəçisi Rəsul Cəfərov da öz “Facebook” hesabında qərarı şərh edib:

“Azərbaycan hakimiyyəti İlqar Məmmədovun azadlığa buraxılması barədə Avropa Şurasının bir neçə xahişinə məhəl qoymayıb, halbuki, Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, müxalifətçi hər hansı sübut olmadan həbs edilib. 2017-ci il dekabrın 7-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı prosedura başlanması barədə qərar qəbul etmişdi.

ReAL Partiyasının sədri İlqar Məmmədov
İlqar Məmmədov

Bundan əlavə, Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib. Ancaq hökumət bu qərarların heç birinə məhəl qoymamışdı.

Xatırlayırsınızsa, Avropa Şurasının Nazirlər Komitəsi İlqar Mammadovla bağlı Avropa Məhkəməsinin Böyük Palatasına 2017-ci ilin dekabrında sorğu ünvanlamışdı ki, Avropa Məhkəməsinin İlqar Məmmədovun qanunsuz və siyasi motivli həbsilə bağlı qərarını icra etməmə Azərbaycanın Avropa Şurasına üzvlüyü zamanı üzərinə götürdüyü öhdəliyi pozur, ya yox, sualına cavab versin.

Böyük Palata bu gün qərarını açıqladı və yekdilliklə qərara gəldi ki, qərarı icra etməmə bu öhdəliyi pozur. Başqa sözlə desək, Avropa Məhkəməsinin qərarını, xüsusən də fərdi tədbirlər tələb edən qərarlarını icra etmək lazımdır!”

Hüquq müdafiəçisi deyir, Avropa Məhkəməsinin tarixində ilk dəfə idi ki, Konvensiyanın 46-cı maddəsinin pozuntusu məsələsinə baxılırdı, akademik və siyasi çevrələrdə bu maddə üzrə işin Böyük Plataya gedib çıxmasına belə çox az adam inanırdı:

“Beləliklə, Məmmədovun işi təkcə Azərbaycanda deyil, bütün Avropa Şurası məkanında siyasi fəaliyyəti həvəsləndirə biləcək bir effektə malik ola bilər, çünki bu məkanda fəaliyyət göstərən siyasətçilər biləcək ki, haqlı olduqları təqdirdə onların hüquqları vaxt uzun çəksə də, Avropa Məhkəməsi tərəfindən bərpa olunacaq.

Digər bir nəticə isə ondan ibarət olmalıdır ki, İlqar üzərindən məhkumluq tam götürülsün və o, sərbəst şəkildə seçkilərdə iştirak etsin.

İlqar Məmmədov 2013-cü il fevralında İsmayıllı hadisələrilə əlaqədar kütləvi iğtişaşlara təhrik ittihamı ilə 7 il azadlıqdan məhrum edilmişdi.

2018-ci il avqustun 13-də

Şəki Apelyasiya Məhkəməsi

əvvəlki hökmə yenidən baxaraq qalan iki il həbs cəzasını şərti cəza ilə əvəzləyib.

Ana səhifəXəbərlərAvropa Məhkəməsinin Böyük Palatası İlqar Məmmədovla bağlı qərar verib