Source: Meydan Tv

5 ildir qazın verilməsini gözləyən "AAAF" sakinləri etiraz edir

Video

1 həftə öncə Xırdalanda “AAAF Park” yaşayış kompleksində “İstilik” şüarı ilə aksiya edən sakinlər binalara qazın verilməsini tələb edirlər. 5 ildir "AAAF"-da yaşasalar da, sayğac borcu üzündən binalarına qaz verilmir.

Ötən il binalara mərkəzi istilik sistemi verilib, amma bu ildən o da dayandırılıb. Soyuq havalarda elektrik enerjisi hesabına evlerini isidənlər bu səfər işıq problemi ilə də üzləşiblər. Transformatorlar yükləndiyindən, işığın verilişində kəsintilər olur.

“AAAF” sakinlərinin şikayətləri kommunal problemlərlə də bitmir. A və B kompleksində yaşayanlar deyir ki, blokların çoxunda liftlər işlək vəziyyətdə deyil.

AAAF Holding idarə heyətinin sədri Rəşad Əliyev bildirir ki, sakinlərin 257 min manat sayğaclara borcu olduğundan qazın verilişi ləngiyir.

Həmçinin Rəşad Əliyev borclardan dolayı şirkətin yeni liftlər almağa gücü çatmadığını deyib. Elektrik enerjisinin verilməsi isə transformatorların dəyişməsi ilə tamamən həll olunub.

“AAAF Park” sakinləri ötən il də yolu bağlayaraq işıq, qaz tələbi ilə aksiya keçirmişdilər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/k676iy

Most Viewed