Source: Google

19 yaşlı əsgərin itkin düşdüyü deyilir

Qazax rayonunda yerləşən N saylı hərbi hissənin 19 yaşlı əsgəri A.A-nın itkin düşməsi haqqında məlumatlar var. Bildirilir ki, o, yanvarın 16-dan yoxa çıxıb.

Faktı Meydan TV-yə əsgərin atası təsdiqləyib. Ancaq bildirib ki, həyat yoldaşı məsələdən məlumatsızdır və onun bilməməsi üçün hadisənin işıqlandırılmasını istəmir. Meydan TV mövzunun həssaslığını nəzərə alaraq, əsgərin adını və hansı rayondan hərbi xidmətə çağırıldığını açıqlamır. Komandanlıq yaxınlarına A.A-nın Tovuz istiqamətində itkin düşdüyünü deyib.

“Oğul mənimdir, haqqında yazılmasını istəmirəm. Həm də adının açıqlanması istintaqa təsir göstərə bilər”, - deyə ata Meydan TV-yə bildirib. Həmçinin deyib ki, oğlunun itkin düşdüyü 7 gün ərzində heç bir yenilik əldə olunmayıb.

Ailəyə yaxın şəxslərin Meydan TV-yə söylədiyinə görəsə, əsgərin ailəsinə mətbuata məlumat vermək qadağan edilib, bu səbəbdən də adlarının açıqlanmasını istəmirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Meydan TV-nin sorğusuna “yanlış məlumatdır, sizə məlumat verə bilmərik” cavabını veriblər.

Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bd395b

Most Viewed