“Yuğ” Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib

Mərasimdə teatrın müxtəlif tamaşalarından parçalar da nümayiş olunub.

Foto: Meydan TV


Mərasimdə teatrın müxtəlif tamaşalarından parçalar da nümayiş olunub

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaranmasının 30 illiyi qeyd olunub.

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilən tədbir həmçinin teatrın yaradıcısı, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunub.

Rus Dram Teatrıının foyesində “Yuğ” Teatrının 30 illik fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi təşkil edilib.

Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. Mədəniyyət naziri Əbülfəs Qarayev “Yuğ” Dövlət Teatrının Azərbaycan incəsənətində tamamilə yeni bir mühitə malik olduğunu söyləyib.

Mərasimdə teatrın müxtəlif tamaşalarından parçalar da nümayiş olunub.

Azərbaycan Dövlət “Yuğ” Teatrı 1989-cu ildə rejissor Vaqif İbrahimoğlu tərəfindən yaradılıb və Milli Teatrın dördüncü mərtəbəsinin kiçik səhnəsində fəaliyyətə başlayıb. 1993-cü ildə teatra dövlət statusu verilib. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olub.

“Yuğ” teatrının poetikası qədim türklərin “yuğlama” (həlak olmuş igidin şərəfinə qopuz /saz musiqisinin müşayiəti ilə təntənəli surətdə keçirilən yas məclisi) mərasimi, şamançılıq ənənələri ilə çağdaş Avropa teatr avanqardının prinsiplərinin sintezi üzərində qurulub.

Ana səhifəMədəniyyət“Yuğ” Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib