Yolu bağlayan sakinlər tələblərini açıqladılar [ VİDEO ]


Pirşağı qəsəbəsinin sakinləri düşünmürdülər ki, sənədləşmə üçün evləri siyahıya alınanda bir il sonra mənzilləri söküləcək.


Qəsəbədə təxminən 50 ev Sumqayıt- Bilgəh yolunun tikintisinə görə söküləcək. Sakinlərə bununla bağlı bildiriş verilsə də , onlar evlərin hər kvadrat metrinə təklif olunan 250 manatla qane olmurlar.

Sakinlər qəsəbədə torpağın sotunun 3000 manat, evlərin kvadrat metrinin 1100 manatdan satıldığını vurğulayılar.

Sabunçu rayonunun icra başçısı Adil Vəliyev sakinləri qəbul edib. O, kompensasiyanın mimimum qaldırılmasına çalışacağını deyib. Sakinlər isə evlərinin 350-400 manatdan hesablanmasına da razı olmadıqlarını bildiriblər.

Bir müddət sonra hadisə yerinə bələdiyyə sədri Şakir Quliyev gəldi. O, şakinlərin şikayətinə görə ikinci komissiyanın yaradılacağını bildirdi.

Sakinlər etiraz olaraq 9 apreldə Kürdəxanı-Zabrat yolunu bağlayıblar. Polislərin müdaxiləsindən sonra yol açılıb. Onlar Prezident Administrasiyasına və Heydər Əliyev Fonduna gedəcəklərini bildirdilər.

Ana səhifəVideoYolu bağlayan sakinlər tələblərini açıqladılar [ VİDEO ]