Yeni ştamla bağlı vaksin gələn ilə planlaşdırılır

Foto: By Tomas Ragina/Shutterstock

Uğur Şahin: “Omicron” antikorlardan yayına bilər”

“BioNTech” qısa müddətdə “Omicron” ştamına qarşı vaksin hazırlaya biləcəyini açıqlayıb.

Şirkətin həmtəsisçisi və Baş direktoru Uğur Şahin “Reuters”in təşkil etdiyi onlayn konfransda çıxış zamanı deyib.

“Əlimizdə imkanlar var, yeni peyvənd gələn ilə hazır ola bilər”, – Şahin Uğur bildirib:

“Virusun bu variantının gələn ildən tez ortaya çıxacağını gözləmirdim. “Omicron” antikorlardan yayına bilər. Hətta peyvənd olunmuş və daha əvvəl Covid-19 infeksiyasına yoluxmuş adamlara da keçə bilər. Yeni variantın insanlarda ciddi xəstəliklərə səbəb ola biləcəyi ilə bağlı dəqiq məlumat yoxdur”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omicron” hərfi ilə adlandırıb.

Yeni ştamla bağlı araşdırmalar bir neçə həftə çəkəcək. Mütəxəssislər bu ştamın vaksinlərə potensial təsirini də araşdıracaqlar.

Ana səhifəSağlıqYeni ştamla bağlı vaksin gələn ilə planlaşdırılır