1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Anar Kahin oğlu Musayevin ailəsi iki gün əvvəl onun həbsxanada işgəncəyə məruz qalması barədə məlumat aldığını bildirir. Ailənin iddiasına görə, müəssisənin rəisi Emin Həsənov və zabit Çingiz Nəbiyev Anar Musayevin əl-ayağını qandallayaraq ona işgəncə veriblər. Bundan sonra Musayev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Yaxınlarının bildirdiyinə görə, artıq iki gündür Anar Musayevlə əlaqə saxlamaq və onun vəziyyəti barədə məlumat almaq mümkün deyil. Hadisədən bir gün əvvəl isə eyni kamerada başqa bir məhbusun özünü asaraq həyatına son qoyduğu bildirilir.