"Sənətçi Arif Quliyev və Rəmişin yanında torpağa tapşırılacaq"
COVİD-19 infeksiyasından vəfat edən Əməkdar artist Yaqub Zurufçu sentyabrın 15-də Yasamal qəbristanlığında ("Qurd qapısı" qəbiristanlığı-red) dəfn olunacaq.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadənin məlumatına görə, sənətçi Xalq artistləri Arif Quliyev və Rəmişin (Rafiq Hüseynov) yanında torpağa tapşırılacaq.
Dəfn mərasimi saat 13:00-daddır.
Sentyabrın əvvəlində yeni növ koronavirusa yoluxan Yaqub Zurufçu sentyabrın 14-də “Yeni Klinika”da vəfat
edib
.