Yanğınsöndürənlər gəlmədi, ev yanıb kül oldu (VİDEO)


İlkin məlumata görə, 60 kvadratmetrlik ev elektrik naqillərinin qısaqapanması nəticəsində yanıb.

Oktyabrın 10-da günorta saatlarında Göygöl rayonunun Çaykənd kəndində yanğın olub. Cəlil adlı kənd sakininə məxsus olduğu deyilən ev yanıb kül olub. Bu barədə Meydan TV-yə kənd sakinlərindən biri məlumat verib. “Xalqın xəbəri” layihəsi çərçivəsində Meydan TV-yə yanan evin görüntüləri də göndərilib. Videonu göndərən şəxsin dediyinə görə, ev sahibləri Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng ediblər. Lakin yanğınsöndürən maşınlar əraziyə gəlməyib.Ev 40 dəqiqə ərzində külə dönüb. İlkin məlumata görə, 60 kvadratmetrlik ev elektrik naqillərinin qısaqapanması nəticəsində yanıb.

Faktla bağlı FHN-nin rəsmi saytında heç bir məlumat yerləşdirilməyib. Həftəsonu olduğundan nazirlikdən məsələ ilə bağlı hər hansı münasibət öyrənmək mümkün olmayıb.


Sizin də maraqlı foto, video və ümumiyyətlə məlumatınız varsa, bizə göndərin.


Whatsapp nömrəmiz: +49 17616263646

Ana səhifəVideoYanğınsöndürənlər gəlmədi, ev yanıb kül oldu (VİDEO)