Yadigar Muradov: Onlayn tamaşalar göstərmirik, teatr canlı olmalıdır

“Bəzən internetdə görürəm, bəzi teatrcıqlar ədəbsizlik edir”, – direktor deyir.

Source: Specify Source


“Camaat artıq internetdən bezib”

Pandemiya bitmədiyi üçün bəzi teatrlar tamaşaları virtual göstərir.

Şuşa Dövlət Musiqili Dram Teatrı isə onlayn tamaşalar nümayiş etdirmir.

Teatrın direktoru, əməkdar artist Yadigar Muradov hesab edir ki, teatr canlı olmalıdır: “Camaat artıq internetdən bezib. Telefonunu söndürüb, aktyorla canlı ünsiyyətdə olmaq istəyir. Pandemiyaya qədər biz bunun çox şahidi olurduq. Tamaşalarımıza baxmağa gələnlər, minnətdarlıq hissi ilə gedirdilər. Ümid edirəm ki, tezliklə pandemiya bitəcək və teatrlar normal iş həyatına qayıdacaq”.

“Bəzən internetdə görürəm, bəzi teatrcıqlar ədəbsizlik edir”, – direktor deyir.

Onun sözlərinə görə, virtual tamaşalar tələblərə cavab vermir: “Tamaşa göstərirlər, senzurası yox. Tərbiyəsiz ifadələr işlədir, bayağılıq edirlər. Teatr – məbəddir. Teatra gəlib, evinə ağıl aparmalısan. Tərbiyə aparmalısan. Evinə vətənpərvərlik aparmalısan. Teatrdan evinə qeyrət aparmalısan, namus aparmalısan. Bizim teatr hələ cızığından çıxmayıb. Müasirliyi- klassik teatr ənənlərinə sadiq qalaraq gətirmişik”.

Ana səhifəMədəniyyətYadigar Muradov: Onlayn tamaşalar göstərmirik, teatr canlı olmalıdır