Xocalı faciəsindən sonra Bakıda ”faciəvi” həyat yaşayanlar

Xocalıdan olan məcburi köçkünlərin yataqxanasından fotoreportaj

Source:
Yarımçıq bina indi məcburi köçkünlərin sığınacağıdır.
Yarımçıq bina indi məcburi köçkünlərin sığınacağıdır.

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində vaxtilə Təcili Tibbi Yardım üçün tikilməyə başlamış, amma sonradan yarımçıq qalmış binada əsasən Xocalıdan olan məcburi köçkünlər yaşayır. Eyni zamanda Qarabağın işğal olunmuş digər rayonlarından da didərgin düşmüş ailələr var.

Köçkünlər bu binada 1996-cı ildən məskunlaşıblar.
Köçkünlər bu binada 1996-cı ildən məskunlaşıblar
Bina yaşamaq üçün yararsızdır.
Bina yaşamaq üçün yararsızdır
Burada tək Xocalıdan deyil, Ağdam, Laçın və Füzuli rayonlarından da məcburi köçkünlər yaşayır.
Burada tək Xocalıdan deyil, Ağdam, Laçın və Füzuli rayonlarından da məcburi köçkünlər yaşayır
”Bu evlərdə yaşamaq olduqca çətindir” – deyir uşaqlar.
”Bu evlərdə yaşamaq olduqca çətindir” – deyir uşaqlar
Xocalı rayonundan olan faciənin canlı şahidi 34 yaşlı Leyla Sayadova.
Xocalı rayonundan olan 34 yaşlı Leyla Sayadova

“Əsir düşən günü anamı və bir neçə həmvətənlərimi öldürdülər. 1 il 7 ay əsirlikdə qaldım. Gün ərzində bir dəfə yemək verirdilər – quru arpa və duzlu balıq. Bizi Xankəndində donuz fermasında saxlayırdılar. Əmək qabiliyyətini itirdiymə görə demək olar ki, evin bütün işi həyat yoldaşımın üzərinə düşür. 2 qız, 2 oğlan övladım var. Böyük qızım 3-cü sinifdə oxuyur. 3 yaşlı övladımda “Hepatitis B” virusu aşkarlanıb. Köməyimiz ancaq ətrafda yaşayan qonşulardandır”.

Binada qaz və kanalizasiya xətti yoxdur.
Binada qaz və kanalizasiya xətti yoxdur

“Balaca mətbəxi indi bizə veriblər. Vaxtilə mətbəx olan yer, indi anam, atam, mən və məndən balaca bacı-qardaşım üçün yeganə yaşayış yeridir”.

Ana səhifəFotoreportajXocalı faciəsindən sonra Bakıda ”faciəvi” həyat yaşayanlar