XİN sözçüsü: Azərbaycan hərbçisini öldürənin mükafatlandırılması işğalın daha bir sübutudur

Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur

Source:


''Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır''

“Ermənistan müdafiə nazirinin Azərbaycan hərbi qulluqçusunu məhv edən şəxsləri mükafatlandırması Azərbaycan ərazilərinin həmin dövlət tərəfindən işğalına daha bir sübutdur”.

“Turan”ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi azərbaycanlı hərbçinin öldürülməsi və bunda iştirak edən şəxslərin mükafatlandırılması ilə bağlı Ermənistan müdafiə nazirinin "cəza əməliyyatı"nın həyata keçirilməsi barədə bəyanatını şərh edərkən bildirib:

"Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur. Aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır. Bu ölkənin müdafiə naziri isə Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olur. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur".

XİN nümayəndəsi deyib ki, Ermənistan müdafiə nazirinin bu hərəkəti, bu ölkənin beynəlxalq vasitəçiləri aldatdığını və onlara hörmətsizlik etdiyini açıq şəkildə nümayiş etdirir:

"Xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan Silahlı Qüvvələri snayper atəşi ilə qanlı təxribat törədib və bölgə səfəri ilə bağlı həmsədrlərin bəyanatından bir-neçə gün sonra Ermənistan yenidən qanlı cinayətə əl atıb. Təəssüflə qeyd etmək istərdik ki, məhz Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində bölgə yüksələn gərginlik astanasındadır. Ermənistanda müharibə tərəfdarlarının törətdiyi bu təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətinə zərbə vurmaq cəhdidir. Bir daha vurğulayırıq ki, hadisələrin bu istiqamətdə inkişafının bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşür", – Azərbaycan XİN-in nümayəndəsi bildirib.

Mayın 30-da Qarabağ münaqişə zonasında azərbaycanlı hərbçi Aqil Ömərov həlak olub.

İyunun 1-də erməni tərəfi əsgər Sipan Melkonyanın həlak olduğunu bildirib.


İyunun 9-da

isə cəbhənin Tərtər rayonu istiqamətində erməni tərəfin açdığı atəş nəticəsində Azərbaycan ordsunun hərbçisi Elşən Vüqar oğlu Xəlilov həlak olub.

Ana səhifəXəbərlərXİN sözçüsü: Azərbaycan hərbçisini öldürənin mükafatlandırılması işğalın daha bir sübutudur