“Xarıbülbül” festivalı yekunlaşır

Müğənnilərin qala konserti olacaq

Source: Report


Müğənnilərin qala konserti olacaq

Şuşada təşkil olunan “Xarıbülbül” beynəlxalq incəsənət festivalı davam edir.

Tədbirin ilk günündə Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı təqdim edilib.

Eyni zamanda, Bülbülün, Seyid Şuşinksinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın Azərbaycanı və Qarabağı vəsf edən ifaları səsləndirilib. Festivalda həmçinin 13 ölkəni təmsil edən 32 rəssamların əsərləri sərgilənib.

Mərasimdə Azərbaycan bəstəkarlıq məktəbinin 6 nümayəndəsi – Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun əsərlərinin notları yer alan toplu təqdim olunub.

“Xarı bülbül” Beynəlxalq Festivalı xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlanıb. Həmin il festival Ağdamın Abdal Gülablı kəndindən başlayıb, Şuşada davam edib. Daha sonra Ağdamda yekun konsertlə bitib. Festival təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunub.

Cıdır düzündəki budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilir.

Festivalım ikinci günündə müğənnilərin çıxışlarından ibarət qala konsertin keçirilməsi planlaşdırılır.

Ana səhifəMədəniyyət“Xarıbülbül” festivalı yekunlaşır