Xanım səfiri hava limanında zorla soyundurdular

Səfir xanımı soyundurdular

Source:

BƏƏ Xarici İşlər Nazirliyi Latviyaya nota göndərib.

Bu barədə “mignews”xəbər verir. Nota BƏƏ-nin Latviyadakı yeni səfiri xanım Hanana əl-Madaniyə qarşı hörmətsizliklə bağlıdır. Belə ki, ötən günlərdə əl-Madani Latviyaya gedəndə Riqa hava limanında xoşagəlməz hadisə baş verib. Hava limanının əməkdaşları əl-Madanidən çadranı çıxarmağı tələb ediblər.

 Səfir bildirib ki, bunu yalnız qadınların yanında edə bilər. Cavabda hava limanı əməkdaşları təhqiramiz ifadələr işlədiblər və səfirin xahişini yerinə yetirməyərək onu hamının yanında soyunmağa məcbur ediblər.  Notanı alan Latviya XİN bu tipli hadisələrin bir daha baş verməməsi üçün ölkənin Nəqliyyat Nazirliyinə sərnişinlərin yoxlanışdan keçməsi üçün xüsusi zonalar və şərait yaradılması barədə sorgu göndərib.

Ana səhifəDünyaXanım səfiri hava limanında zorla soyundurdular