Xaçmazqışlaq sakinləri: “Meşə ərazisi məhv edilir”

Mənbə: “Ecofront”

“Ağacların kəsilməsinə şərait yaradanlar bir neçə qardaşdılar”

“Oğuz rayonunun Xaçmazqışlaq kəndində meşə ərazisi məhv edilir”.

Kənd sakinlərinin Meydan TV-yə göndərdiyi müraciətdə belə deyilir.

Sakinlərdən Əmrah Həmidli deyib ki, çoxillik ağaclar kəsilərək “Kamaz” avtomobilləri ilə daşınır.

Mənbə: “Ecofront”

“Ağacların kəsilməsindən meşələr üzrə nümayəndənin xəbəri var. Yararsız ağaclar qalır, sağlam ağaclar kəsilir. Kəsilən ağacların əksəriyəti “Qırmızı Kitab”a düşən ağaclardır”,- şikayətçi deyib. Bildirib ki, bu barədə məlumat verən kimi nazirliyin yerli nümayəndələri onları hədələyir.

Sakinlər deyirlər ki, 2019-cu ildə ağacları kəsənlərin bir neçəsi həbs edilb.

Mənbə: “Ecofront”

“Ağacların kəsilməsinə şərait yaradanlar bir neçə qardaşdılar, biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır, digəri meşə sahəsinə nəzarətçi. Deyirlər ki, 9 qardaşdılar, kənddə onlara heç kim söz deyə bilmir. Ancaq kim istəyirsə gələ bilər, kəsilən ağacların yerini göstərə bilərik”.

Meydan TV-yə daxil olan müraciəti daha dörd sakin imzalayıb.

Mənbə: “Ecofront”

“Ecofront” təşkilatının rəhbəri Cavid Qara Meydan TV-yə bildirib ki, Oğuz meşəsi problemli ərazidir. O meşədə ağacların kəsilməsi ilə tez-tez rastlaşırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi telefon zənglərini cavablandırmayıb, yazılı göndərilən suallara da cavab verilməyib.

Mənbə: “Ecofront”
Ana səhifəBölgəXaçmazqışlaq sakinləri: “Meşə ərazisi məhv edilir”