Meşə Məcəlləsinin 53-cü maddəsinə əsasən, vətəndaşlar meşə sahələrindən öz şəxsi istifadələri üçün pulsuz olaraq yabanı meyvə, giləmeyvə, göbələk və dərman bitkiləri yığmaq hüququna malikdirlər.
Sual oluna bilər ki, şəxsi istifadə üçün meyvə yığmaq xəta yaratmırsa, niyə fiziki şəxs üçün 400-600 manat cərimə nəzərdə tutulub? Belə olan halda, qanundakı boşluq vətəndaşın haqsız cərimələnməsinə səbəb olmur?