Üzeyir Hacıbəylinin şəxsi əşyaları Şuşadakı ev-muzeyinə qaytarılacaq

İşğaldan öncə muzeyin eksponatları çıxarılaraq, Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinə yerləşdirilib.

Source: Specify Source


Bu gün bəstəkarın həm də anım günüdür

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyində saxlanılan eksponatları Şuşadakı evinə qaytarılacaq.

Mədəniyyət Nazirliyinin məlumatına görə, Üzeyir bəyin xatirəsini yaşadan dəyərli eksponatlar ev-muzeyinin bərpasından sonra Şuşaya aparılacaq.

1992-ci ilin mayında Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırıb. İşğaldan öncə muzeyin eksponatları çıxarılaraq, Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinə yerləşdirilib.

Şuşadan gətirilmiş eksponatlar arasında Üzeyir bəyin uşaqlıq papağı, kostyumu, eynəyi, paltosu, Qori Seminariyasında ifa etdiyi skripka, yazı ləvazimatı, mürəkkəbqabı, qələmdan, şəxsi albomu, şəkilləri, anası Şirinbəyin xanımın gəlinlik paltarı, bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş və muzeyə yadigar verilmiş kitablar var. Bu eksponatlardan ən dəyərlisi isə muzeyin həyətindəki Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağıdır.

Bu gün Üzeyir Hacıbəylinin həm də anım günüdür. Bəstəkar 1948-ci ilin bu günü Bakıda vəfat edib.

Ana səhifəMədəniyyətÜzeyir Hacıbəylinin şəxsi əşyaları Şuşadakı ev-muzeyinə qaytarılacaq