O, ABŞ-da irqçiliyə qarşı etirazları dəstəkləyir
Amerikalı aktyor və rejissor Uill Smit siyasətçi olmaq qərarına gəlib.
Sənətçi yaxın gələcəkdə hər hansı siyasi postda namizədliyini irəli sürəcəyini deyib: “Nikbinəm və inanıram ki, insanlar arasında qarşılıqlı anlaşma və harmoniya mümkündür. İstər aktyor, istərsə də siyasətçi kimi bu işə mütləq töhfə verəcəyəm”.
Aktyor beş il öncə ABŞ prezidentliyinə namizəd ola biləcəyini söyləmişdi.
“Əgər insanlar xəbərlərdə və digər yerlərdə müsəlmanlarla bağlı söylədikləri fikirlərə davam etsələr, mən də siyasətlə məşğul olacağam”, – Uill Smit bildirmişdi.
Afroamerikalı aktyor ötən il ABŞ-da irqçiliyə qarşı etirazları dəstəkləyib. O hətta bu problem üçün bir araya gələn müasir gəncliklə fəxr etdiyini deyib.