“Türkvizyon” Mahnı Müsabiqəsi gələn il Şuşada keçirilə bilər

Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Source: Specify Source


Azərbaycan müsabiqədə 5-ci yeri tutub

Türk Dünyasının Mahnı Müsabiqəsi “Türkvizyon”un builki qalibi məlum olub.

Pandemiya ilə əlaqədar olaraq onlayn keçirilən yarışma 20-yə yaxın telekanalda canlı yayımlanıb. Türkiyənin Türk Musiqi Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Polşa və digər ölkələrdən təmsilçilər iştirak ediblər. 26 ölkə və bölgənin təmsilçilərinin qatıldığı müsabiqənin qalibi ukraynalı Natalya Papazoğlu (2020 Türkvizyon Şarkı Yarışması Kazananı Ukrayna’dan Natalya Papazoğlu! –

TürkVizyon

) olub. İkinci yerdə Rusiya (Saxa Yakutiya), üçüncü yerdə Bosniya və Herseqovina qərarlaşıb. Azərbaycan 5, Türkiyə isə 12-ci yerə sahib olub.

img_5869.jpg
Birinci yerin qalibinə 40.000, ikinciyə 24.000, üçüncü yeri tutan iştirakçıya 16.000 TL pul mükafatı təqdim olunub

Birinci yerin qalibinə 40.000, ikinciyə 24.000, üçüncü yeri tutan iştirakçıya 16.000 TL pul mükafatı təqdim olunub.

Müsabiqənin xüsusi “Tamaşaçı rəğbəti” mükafatı Azərbaycan xalq mahnısı “Sarı Gəlin”in ifasına görə verilib.

Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Ana səhifəMədəniyyət“Türkvizyon” Mahnı Müsabiqəsi gələn il Şuşada keçirilə bilər