Türkiyədə ilk dəfə Avropa çempionatı təşkil olunacaq

2032-ci ildəki turnir Türkiyədə və İtaliyada keçiriləcək

2032-ci ildə futbol üzrə Avropa çempionatı Türkiyədə və İtaliyada təşkil olunacaq.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

2028-ci ildəki turnir isə Böyük Britaniya və İrlandiyada keçiriləcək.
Türkiyə ilk dəfə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.

Ana səhifəİdmanTürkiyədə ilk dəfə Avropa çempionatı təşkil olunacaq