İddia olunur ki, Əsgər Bayramov və Tünzalə Əliyevadan başqa da bu işlə əlaqəli şəxslər var və istintaq onların kimliyini araşdıracaq

Mənbə: AZAL

Başlıq: İddia olunur ki, Əsgər Bayramov və Tünzalə Əliyevadan başqa da bu işlə əlaqəli şəxslər var və istintaq onların kimliyini araşdıracaq

Təyyarə sərnişinlərinə saxta COVİD-19 sənədi verənlər arasında həbs olunan var

Təqsirləndirilən şəxslər 101 sərnişin üçün saxta COVİD-19 sənədini 12 min 120 manata satıblar

Gəncə-Sankt Peterburq aviareysi ilə səyahət edən 101 sərnişinə koronavirus müayinəsindən keçməsi barədə saxta sənəd verməkdə suçlanan şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Bunlar “ƏSR” MMC-nin direktoru Əsgər Bayramov və “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyevadır.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bilidirilir ki, onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Əsgər Bayramov həbs edilib, Tünzalə Əliyevanın barəsində isə istintaq dövrü üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İddia olunur ki, Əsgər Bayramov və Tünzalə Əliyevadan başqa da bu işlə əlaqəli şəxslər var və istintaq onların kimliyini araşdıracaq.

Prokurorluğun məlumatında bildirilir ki, təqsirləndirilən şəxslər 101 sərnişin üçün saxta COVİD-19 sənədini 12 min 120 manata satıblar.

Bu cinayət işi üzrə araşdırmalar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/h92ek7

Ən çox baxılan