Təyyarə qəzasında 18 nəfərin öldüyü, cəmi 1 nəfərin xilas edildiyi bildirilir

Foto: “kathmandupost.com”

Katmandudan Pokhara şəhərinə uçmağa hazırlaşan təyyarə uçuş-enmə zolağından çıxıb

Nepalın “Saurya Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin iyulun 24-də paytaxt Katmandu Beynəlxalq Hava Limanında qəzaya uğradığı bildirilir.

Qəza uçuş zamanı baş verib.

Katmandudan Pokhara şəhərinə uçmağa hazırlaşan təyyarə uçuş-enmə zolağından çıxıb.

Təyyarədə ekipaj üzvləri ilə birlikdə 19 nəfərin olduğu deyilir.

Məlumata görə, xilasedicilər qəza yerindən 18 nəfərin cəsədini çıxarıblar.

Yaralı layner kapitanı xəstəxanaya çatdırılıb.

Ana səhifə ▸ Dünya ▸ Təyyarə qəzasında 18 nəfərin öldüyü, cəmi 1 nəfərin xilas edildiyi bildirilir