Müğənninin sərvəti 1.6 milyard dollara çatıb
“Forbes” jurnalı amerikalı müğənni Teylor Sviftin sərvətini 1.6 milyard dollar dəyərində qiymətləndirib.
Müğənnin gəliri 2023-cü ilin oktyabrından “Eras Tour” turnesi sayəsində milyard dollar həddinə çatıb.
Tur hələ başa çatmayıb və dekabr ayına qədər davam edəcək.
Ümumilikdə müğənni “Eras Tour” çərçivəsində 152 konsert verəcək.
“Forbes” yazır ki, Svift sərvətini reklam müqavilələri ilə deyil, ilk növbədə mahnı və konsertləri sayəsində qazanan ilk musiqiçidir.
Teylor Svift qonorar və turlardan təxminən 600 milyon dollar qazanıb.
“Forbes” onun musiqi kataloqunu 600 milyon dollar, daşınmaz əmlakını isə 125 milyon dollar dəyərində qiymətləndirir.