Təsadüfdən doğan sənət

Şahin Qiyasovun 53 yaşı var. Ömrünün 20 ilini oymaçılıqla həsr edib

Source:


Şahin Qiyasovun 53 yaşı var. Ömrünün 20 ilini oymaçılıqla həsr edib

Bu işə isə təsadüfən başlayıb. Deyir ki, Ramazan ayında oruc tutaraq məscidə gedib. Məscidin minarəsindəki oyma işləri diqqətini çəkib və həmin işləmələri hazırlayan ustanı tapmaq qərarına gəlib. Uzun axtarışdan sonra ustanı və bu işləmələri görmək üçün alətləri tapıb. Qısa müddətdən sonra Şahin usta öz işlərini hazırlamağa başlayıb. İlk hazırladığı işlər isə “Qurani-Kərim”dən ayələr oldu. Hazırladığı işləri indiki Nizami (Tarqovıy) küçəsində satmağa gətirsə də, heç kim maraq göstərməyib.

Bakıda olduğu müddətdə bir cavan oğlan Şahin ustanın işlərini görüb, ona taxtadan nərd hazırlamağı təklif edir, amma hazırlanacaq nərd taxtasında heç bir calağ olmamağı məsləhət bilir. Deyir ki, belə olduqda insanlara daha maraqlı gələ bilər.

Şahin usta Bakıdan Şəkiyə qayıtdıqdan sonra taxta tapıb ilk nərd taxtasını hazırlayır. Nərd hazırlamağa bir neçə aylıq vaxtı getsə də, istədiyi alınır. Beləliklə, müxtəlif ağac materiallarından daha yaradıcı işlər görməyə başlayır.

Şahin Qiyasov deyir ki, ağacdan məmulat hazırlamaq üçün təxminən 2-3 ay vaxt tələb olunur. Hazırladığı işlərin ağırlığına görə qiymətlər 500 manatdan başlayaraq dəyişir.

Ana səhifəFotoreportajTəsadüfdən doğan sənət