“Tələbəlik illəri” mahnısının ifaçısı koronavirusa yoluxub

COVİD-19 virusuna yoluxan sənətçi yüksək təzyiq və şəkər xəstəliyindən əziyyət çəkir.

Source: Specify Source


Elmira Rəhimova: "Səhhətim normaldır, özümü yaxşı hiss edirəm"

"İki gün öncə hərarətim qalxdığı üçün məni xəstəxanaya yerləşdirdilər. Səhhətim indi normaldır, özümü yaxşı hiss edirəm".

Bunu Meydan TV-yə xalq artisti Elmira Rəhimova deyib.

Müğənni bildirib ki, FHN-nin “Zığ” Modul Tipli Hospitalına müalicə olunur.

COVİD-19 virusuna yoluxan sənətçi yüksək təzyiq və şəkər xəstəliyindən əziyyət çəkir.

Elmira Rəhimova 1941-ci ildə Bakıda doğulub. O, xalq arasında daha çox "Tələbəlik illəri" mahnısı ilə tanınır.

Ana səhifəMədəniyyət“Tələbəlik illəri” mahnısının ifaçısı koronavirusa yoluxub