Teatrla kinonun sintez edildiyi tamaşa yenidən səhnədə

Xalq yazıçısı Elçin Əfəndiyevin müəllifi olduğu eyniadlı əsər əsasında səhnələşdirilən ikihissəli musiqili lirik komediya teatrsevərlərə fevralın 22-də təqdim ediləcək.

Source: Specify Source


Bu tamaşada adət və ənənələrə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir

Akademik Musiqili Teatrında quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimovanın, bəstəkarı isə Firudin Allahverdinin olan “Baladadaşın toy hamamı” tamaşası yenidən nümayiş olunacaq.

Xalq yazıçısı Elçin Əfəndiyevin müəllifi olduğu eyniadlı əsər əsasında səhnələşdirilən ikihissəli musiqili lirik komediya teatrsevərlərə fevralın 22-də təqdim ediləcək.

Teatrla kinonun sintez edildiyi bu tamaşada adət və ənənələrə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev və başqaları ifa edəcək.

image_from_ios (3).jpg
“Baladadaşın toy hamamı” tamaşası
Ana səhifəMədəniyyətTeatrla kinonun sintez edildiyi tamaşa yenidən səhnədə