“Tarzan” təyyarə qəzasında həlak olub

Florida istiqamətində havaya qalxan kiçikmühərrikli təyyarə bir qədər sonra Neşvill şəhəri yaxınlığında gölə düşüb.

Source: Specify Source


Təyyarədə daha 5 nəfərin öldüyü bildirilir

1996-2000-ci illərdə “Tarzan: Epic Adventures” serialında Tarzan rolunu canladıran amerikalı aktyor Cozef Lara təyyarə qəzasında həlak olub.

Hadisə mayın 30-da baş verib.

Florida istiqamətində havaya qalxan kiçikmühərrikli təyyarə bir qədər sonra Neşvill şəhəri yaxınlığında gölə düşüb.

Qəza nəticəsində aktyorun həyat yoldaşı Qven Şamblin və daha beş nəfər həlak olub.

Cozef Lara 1990-cı illərdə “Baywatch” və “Conan the Adventurer” seriallarına çəkilib.

Ana səhifəMədəniyyət“Tarzan” təyyarə qəzasında həlak olub