Tahir Salahov vəfat edib

Azərbaycan və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov 1928-ci ildə Bakıda doğulub.

Source: Azertac


Rəssamın I Fəxri xiyabanda dəfn olunacağı bildirilir

Sovet və Azərbaycan rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov 92 yaşında Almaniyada vəfat edib.

Bu barədə TASS Agentliyinə qızı Aydan Salahova məlumat verib.

Bacısı Zərifə Salahova APA-ya deyib ki, rəssam I Fəxri xiyabanda dəfn olunacaq.

Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov 1928-ci ildə Bakıda doğulub.

Ana səhifəMədəniyyətTahir Salahov vəfat edib