Şüvəlanda üç polis, iki mülki şəxs qətlə yetirilib

Source:

DİN və Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində üçü polis, ikisi yerli sakin olmaqla, 5 nəfər öldürülüb. Hadisə iyunun 24-nə keçən gecə baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir ki, ölənlərdən biri – 38 yaşlı Rövşən Allahverdiyev saxlanılarkən bütün bunlar yaşanıb.
İddia olunur ki, Rövşən Allahverdiyev axtarışda olub. Polislər yerini müəyyənləşdirib, onun saxlanması üçün əməliyyat keçirərkən silahlı müqavimət göstərib.

Foto: DİN

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib. Yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə Rövşən Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib”, – hüquq-mühafizə orqanlarının yaydığı məlumatda belə deyilir.

Rövşən Allahverdiyevin yaxınlarının bu məlumata münasibəti məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Ana səhifəSosialŞüvəlanda üç polis, iki mülki şəxs qətlə yetirilib