Susuz qalan sakin: “İndi hansı dövrdür ki, uşaqda bit olsun?”

Xəzər rayonu, Binə qəsəbəsi, Hüseyn Cavid küçəsi, döngə 2 ünvanının sakinləri susuz qalıb.

Source: Meydan TV

Susuz qalan sakin: “İndi hansı dövrdür ki, uşaqda bit olsun?”

Xəzər rayonu, Binə qəsəbəsi, Hüseyn Cavid küçəsi, döngə 2 ünvanının sakinləri susuz qalıb. Onlar deyir ki, 20 il ərzində etdikləri müraciətlərə baxmayaraq əraziyə su çəkilməyib. Əhali suyu yağışdan, kiçik kanaldan və ya pulla əldə edir. Buna isə hər kəsin imkanı çatmır. Məhəllə sakinləri çirkli suyun yaratdığı fəsadlardan narahatdır

Onların müraciəti dövlət qurumları tərəfindən bir-birinə ötürülür. Bayram tətili ilə əlaqədar “Azərsu”dan məsələ ilə bağlı şərh ala bilmədik. Qurumdan sakinlərə deyilib ki, ərazinin su ilə təmin olunması üçün layihəni gözləsinlər.

Ana səhifəReportajSusuz qalan sakin: “İndi hansı dövrdür ki, uşaqda bit olsun?”