İlham Əliyev sərəncam imzaladı
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev mayın 7-də sərəncam
imzalayıb
.
Sənəddə deyilir: "Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır. Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə mədəniyyət paytaxtı elan edilir".
Şuşa şəhəri 2020-ci il noyabrın 8-də işğaldan azad olunub.