”Şuşa azad olunanda 100 manat nəzir verəcəm”

Şahin Mahmud oğlu Salmanov 1945-ci ildə Şuşada anadan olub. 15 yaşından musiqi alətləri, xüsusilə də tar düzəltməyi öyrənib. Şuşa işğal olunandan sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi Tərtərdə, daha sonra Bakıda məskunlaşıb.

Source:
Şahin usta tar düzəltməklə yanaşı tar çalmağı da bacarır. Amma son illər bir neçə dəfə əməliyyat keçirməsi Şahin ustanı tar çalmaqdan da uzaqlaşdırıb.

Şuşa və Bakı arasında müqayisə apararkən, Şuşada tarın daha çox sevildiyini deyən Şahin usta o zamanlar gün ərzində 10-15 tar düzəltdiyini deyir. Zaman keçdikcə köçkün həyatı, qocalıq və xəstəlik Şahin ustanın əldən salıb. Artıq tar düzəltməyə belə gücü çatmadığını, yalnız alətlərin kiçik detallarını təmir etdiyini deyir.

Özünün tar düzəltməməyinin səbəbi kimi həm də Bakıda ustaların sayının getdikcə çoxalmasını göstərir. Deyir ki, hətta illər əvvəl düzəltdiyi tarı belə indiyədək sata bilməyib: “Çox yerdə tar 700-800 manata satıldığı halda mən 100-200 manata satıram, amma nə fayda?!”

Şahin usta deyir ki, Şuşa azad olunandan sonra 100 manat nəzir verəcəm: “Anamın, atamın nənəmin, babamın bütün yaxınlarımın məzarı Şuşadadır. İnanmaq istəyirəm ki, ömrüm gəncliyimin şəhərini görməyə imkan verəcək”.

”Bilmirəm nədəndir, Üzeyir bəyin adı gələn kimi gözümün önünə tar canlanır”
”Bilmirəm nədəndir, Üzeyir bəyin adı gələn kimi gözümün önünə tar canlanır”
”Başqa yerlərdə tarları 700-800 manata satıldığı halda mən daha ucuz satıram amma nə fayda? Alıcılar yoxdur”
”Başqa yerlərdə tarları 700-800 manata satıldığı halda mən daha ucuz satıram amma nə fayda? Alıcılar yoxdur”
Ana səhifəFotoreportaj”Şuşa azad olunanda 100 manat nəzir verəcəm”