Sosial çətinliyin boşaltdığı kənd

Vaxtilə 40 evdən ibarət olan Ərdəbilədə hazırda cəmi 17 ailə yaşayır

Source:


Vaxtilə 40 evdən ibarət olan Ərdəbilədə hazırda cəmi 17 ailə yaşayır

Ərdəbilə Lerikin ucqar dağ kəndidir. İranla sərhəd olan bu kəndə böyük nəqliyyat vasitələri işləmir. Ünvana çata bilmək üçün rayonun 50-ci km adlanan yerindən sonra yalnız yollara bələd olan kənd sakinlərinin maşınları ilə davam etmək mümkündür. Kənd sakinləri əsasən maldarlıqla məşğul olur. Ərazi dağlıq olduğuna görə yer şumlamada texnikadan istifadə etmək mümkün deyil. Ona görə əhali yalnız öz həyətlərində, kiçik sahələrdə əkinçiliklə məşğul olurlar. Ərzaq və sənayə mallarının alış-verişi üçün insanlar kilometrlərlə yol getmək məcburiyyətindədirlər. Sakinlər evlərini odun sobaları ilə isidir. Lerikin hər kəndində olduğu kimi, Ərdəbilədə də məscid var.

Əzan səsi və axundun çıxışı kəndin ən yüksək yerində quraşdırılan səsucaldıcı ilə ətrafa yayılır.

Yaşayış çətin olduğundan son 5 ildə kənd adamlarının əksəriyyəti ya rayon mərkəzinə, ya da başqa şəhərlərə üz tutub. Bu səbəbdən də kənddə boş evlər çoxdur. Vaxtilə 40 evdən ibarət olan Ərdəbilə kəndində hazırda cəmi 17 ailə yaşayır.

Ana səhifəFotoreportajSosial çətinliyin boşaltdığı kənd