30 sentyabrda Qarabağ qaziləri ilə SOCAR-ın əməkdaşları arasında münaqişə baş verib.
2-ci qrup Qarabağ əlili Sərxan Musayev deyir ki, münaqişəyə səbəb SOCAR əməkdaşlarının ondan istədiyi rüşvəti verməməsidir. O, 2005-ci ildə Binəqədi rayonunda bələdiyyə sənədi ilə özünə 2 sot yarım torpaq sahəsi alıb. Bir ildən çoxdur özünə ev tikmək istəyir. Qarabağ əlili deyir ki, 28 sentyabrda evinin bünövrəsin düzəltməyə başlayarkən SOCAR-ın əməkdaşları ona hücum edib.
Qarabağ əlili deyir ki, bu gün baş verən hadisədə o da xəsarət alıb.
Hadisə yerinə Binəqədi rayon icra başçısı da gəlib və söz verib ki, hadisəni araşdıracaq.
Hadisədə SOCAR-ın əməkdaşlarının da xəsarət aldığı bildirilir.
İki polis formalı şəxs daxili işlər nazirinin göstərişi ilə Sərxan Musayevin torpaq sahəsinə baş çəkməyə gəldiklərini deyib. Onlar Qarabağ əlilinə məxsus torpaq sahəsinin fotolarını çəkiblər.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Qarabağ əlili bildirib ki, o və müharibə yoldaşları ev tikilib hazır olana qədər SOCAR əməkdaşlarını torpaq sahəsinə daxil olmağa qoymayacaqlar.