“Şeyx Babı türbəsinin mərmi ilə vurulması xəbəri doğru deyil”

“Şıxbaba isə qəbristanlığın Babı kəndi ərazisindədir və heç bir xəsarət görməyib”, – kənd sakinləri belə deyir.

Source: Specify Source


Kənd sakinləri: “Ola bilsin ki, qazıntını görənlər abidənin dağıldığı qənaətinə gəliblər”

Sentyabrın 30-da Mədəniyyət Nazirliyinin rəsmi saytında Füzuli rayonu, Babı kəndinin köhnə qəbristanlığında yerləşən XIII əsrə aid tarixi-memarlıq abidəsi Şeyx Babı Yaqub türbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması ilə bağlı xəbər yer

alıb

. Məlumatda bildirilir ki, mərmi tarixi abidənin fasadını zədələyib, türbəyə ciddi ziyan vurub.

Kənd sakinləri Meydan TV-yə bildiriblər ki, xəbər həqiqəti əks etdirmir. Onların dediyinə görə, 1993-cü ildə Füzulinin işğalı zamanı günbəz hissəsi dağıdılan türbə, 2011-ci ildə bərpa edilib. Həmin zaman abidə kompleksinin yaxınlığında torpaq altında qalan məscid və onun hücrələri aşkarlanıb. Bir müddət öncə tarixi-abidədə bərpa-konservasiya işləri aparılıb.

“Ola bilsin ki, qazıntını görənlər abidənin dağıldığı qənaətinə gəliblər. Raket mərmisi qəbristanlığın Arayatılı kəndi ərazisində düşüb. Şıxbaba isə qəbristanlığın Babı kəndi ərazisindədir və heç bir xəsarət görməyib”, – kənd sakinləri belə deyir.

Şeyx Babı Yaqub türbəsi qədim yaşayış məskənlərindən və bölgənin nadir tarixi abidələrindəndir. Yerli əhali arasında “Şıxbabı türbəsi” adı ilə də məhşur olan abidə XIII əsrdə memar Əli Məcidəddin tərəfindən inşa edilib. Adının Şeyx Babı Yaqub olması, vaxtilə bölgənin tanınmış təriqət şeyxlərindən olan Yaqub ibn İsmayılın burada dəfn edilməsi ilə izah edilir. Ağ daşlardan hörülən türbə Əcəmi memarlıq məktəbinə aid olub, səkkiz güşədən ibarətdir. Məscidin minarələrindən yalnız biri günümüzə qədər gəlib çatıb. Digəri isə Rusiya-İran müharibələri zamanı dağılıb. Şeyx Babı Yaqub türbəsi Şuşa və Xudafərin körpüsündən sonra Qarabağ bölgəsində ən dəyərli və böyük tarixi abidələrdən hesab olunur.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Meydan TV-yə bildirilib ki, məlumatı abidənin mühafizə işçisi verib. İsrarla iddia olunub ki, qəbristanlığa düşən raket mərmisi türbəyə ciddi ziyan vurub.

Şeyx Babı Yaqub türbəsinin bir gün öncə çəkilən fotolarını təqdim edirik.

Ana səhifəMədəniyyət“Şeyx Babı türbəsinin mərmi ilə vurulması xəbəri doğru deyil”