Yük maşını 2 azyaşlının yaralanmasına səbəb oldu
Şəkidə turistləri aparan mikroavtobusun qəzaya uğradığı deyilir. Hadisə iyulun 16-da Şəkinin Kiş kəndində baş verib.
“
Trend
”in məlumatına görə, turistləri daşıyan "Sprinter" markalı mikroavtobusla "Opel" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Elə həmin gün Şəkidə 2 azyaşlının xəsarəti ilə nəticələnən daha bir yol qəzası baş verib. Hadisə rayonun Yuxarı Karvansaray adlanan ərazisində olub.
Məlumata görə
, şəhər ərazisində torpaqla dolu "ZİL" markalı yük avtomobili idarəetməni itirərək divara çırpılıb. Nəticədə yük maşınındakı torpaq ərazidə olan azyaşlılar – 2009-cu il təvəllüdlü İsmayıl Babayev və 2007-ci il təvəllüdlü Mirağa Mehdiyevin üzərinə tökülüb.
Hər iki azyaşlı Şəki Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İyulun 14-də
isə Şəki şəhərində Xan Sarayının yanındakı Şərq çinarı ağacının bir qolu qırılaraq aşıb və 19 nəfər yaralanıb. Yaralıların əksəriyyətinin yerli və xarici turistlər olduğu bildirilir. İyulun 15-də yaralılardan biri, 32 yaşlı Xatirə Ağamalıyeva vəfat edib.
Səhiyyə Nazirliyinin iyulun 16-da açıqladığı məlumata görə,
Şəki Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.
Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırdır.
İyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.