Şəkidə ağac aşdı, 19 yaralı var (yenilənib)

Nəticədə hadisə yerində olan xeyli adam yaralanıb.

Source: google.az

***


Səhiyyə Nazirliyinin məlumatına görə, yaralananlardan 4 nəfərin vəziyyəti ağırdır. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Nazirlik yaralananların siyahısını yayıb: Soltanova Sevinc 1940 Rusiya, Soltanova Laçın 2004 Rusiya, Sara Hasan 1998 Suriya (sağ budun qapalı travması çanaqda), Farik al Hasan 1952 Suriya, Mariya al Hasan 2003 Suriya, Samira al Hasan 1965 Suriya, Galia al Hasan 1988 Suriya, Rəsulova Səbinə 1983, Məmmədov Elxan 1993 (onurğanın qapalı travması), Məmmədova Səkinə 1998, Teymurova Validə 1995, Ağayev Fərid 1996, Məmmədov İlkin 1995 (ağır dərəcəli Kəllə beyin travması sağ ayaqda sınıq), Məmmədova Zemfira 1994, Naibə Hüseynova 1968, Cəfərova Məryəm 1961, Niftəliyeva Könül 1979, Xasiyeva Yasəmən 1970, Ağamalıyeva Xatirə 1987 sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok. (APA)

***


Baş Prokurorluq, Dövlət Turizm Agentliyi və Fövqəladə Hallar Nazirliyi Şəki rayonunda baş verən hadisə haqda məlumat yayıblar.


Bildirilib ki, hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.


Onlara ilkin təcilli-tibbi yardım göstərilib. 4 nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

***


Yaralıların beşi xarici turistlərdir

İyulun 14-də saat 11 radələrində Şəki rayonunda Xan Sarayının yanındakı Şərq çinarı ağacının bir qolu qırılaraq aşıb.

Nəticədə hadisə yerində olan xeyli adam yaralanıb.

Məlumatı Meydan TV-yə yerli sakinlər verib.

Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Dövlət Səfərova olayı təsdiqləyib.

O bildirib ki, xəstəxanaya 15 nəfər yaralı gətirilib, onlardan 5-i xarici, qalanları yerli turistlərdir. Hadisə nəticəsində ölən yoxdur.

İyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

Şəkidə ağac faciəsindən video görüntülər
Ana səhifəBölgəŞəkidə ağac aşdı, 19 yaralı var (yenilənib)