Səhiyyə Nazirliyiynin qarşısında etiraz: “Mənim pulum yoxdur, İlham Əliyev, sənə rüşvət verim”

“İlham Əliyev, hansı xəstəxanada deyirsən, müayinədən keçməyə hazıram. Mənim pulum yoxdur sənə rüşvət verməyə. Mənim əlilliyim düzgün verilsin, İlham Əliyev”. 

İyulun 26-da Səhiyyə Nazirliyinin qarşısında etiraz edən vətəndaş Faba Nuriyevin sözləridir. O, əlillik dərəcəsinin dəyişdirilməsi ilə razılaşmır. Şikayətçinin sözlərinə görə, 2013-ci ildə keçirdiyi avtoqəza nəticəsində sol ayağı öz funksiyasını itirib. 

“2015-ci ildə mənə ömürlük ikinci qrup əlillik statusu verilmişdi. 2017-ci ildə kəsdilər, 3-cü qrupla əvəz etdilər. Mənim dəfələrlə şikayətimdən sonra təzədən 5 il müddətinə 2-ci qrup verildi”. 

Vətəndaş deyiir ki, ötən ilin avqustunda əlillik dərəcəsinin müddəti bitdiyi üçün yenidən müraciət edib. Ona üçüncü qrup əlillik dərəcəsi verilib.  Şikayətlərinin nəticəsiz qaldığını görən Nuriyev Şirvan İnzibati Məhkəməsinə müraciət etsə də, istədiyi olmayıb. 

“Dəfələrlə Travmatologiya İnstitutunda olmuşam. Travmatologiya İnstitutu məni düzgün müayinə eləmir. Bu gün Travmatologiya İnstitutunda üç dəfə ayağım qıc olub”.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovun verdiyi məlumata görə, Cəlilabad rayon sakini Nuriyev Faba Ovezoviç bu ilin sentyabrında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunub. Ona təkrarən əlillik təyin edilib. Müayinənin nəticələrinə əsasən, ona orqanizmin funksiyalarının 50 faiz pozulması üzrə əlillik təyin edilib. 

“Mən buradan bir vətəndaş kimi üzümü tuturam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə. İlham Əliyev, səndən heç nə istəmirəm bax bu vəziyyətdəyəm, gəl məni sağalt. Mənim gündə üstümə “skoru” gəlir. Ayağım qıc olur qalıram”.

Ana səhifəVideoSəhiyyə Nazirliyiynin qarşısında etiraz: “Mənim pulum yoxdur, İlham Əliyev, sənə rüşvət verim”