Səhiyyə Nazirliyinin eksperti: “Azərbaycanda “influenza” virusu sürətlə yayılır”

Əkbər Quliyev, Foto: Azərtac

“Xəstəlik 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir, ağır bronxitə səbəb olur”

“Dekabrın əvvəlindən uşaqlar arasında qripin “influenza” virusu sürətlə yayılır. Xəstəliyə yoluxma prosesi hələ də davam edir. 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir. Çox ağır bronxitə səbəb olur”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev belə deyib.

Həkim bildirib ki, hazırda uşaqlar arasında COVID-19-dan daha çox rast gəlinən virus “influenza”dır:

“Virus xəstəliklərinin müalicəsi əsasən simptomatik təyin edilir. Hərarəti salan dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı uşaqlar və risk qrupunda olmayıb, amma xəstəliyin daha ağır seyrinin görüldüyü xəstələrdə qrip virusuna təsir edən dərmanların istifadəsi gərəkdir. Xəstəliyin ilkin simptomlarında mütləq həkimə müraciət etmək lazımdır”.

Həkim COVİD-19 infeksiyasının uşaqlara təsirindən də danışıb.

O bildirib ki, xərçəng, revmotoloji və xroniki, həmçinin allergik bronxitdən əziyyət çəkən uşaqlar yüksək risk qrupuna daxildir.
Onun sözlərinə görə, xəstəliyin qarşısını almaq üçün gigiyenik qaydalara ciddi riayət olunmalı, mövsümi qripdən qorunmaq üçün peyvənd edilməlidir.

Ana səhifəSağlıqSəhiyyə Nazirliyinin eksperti: “Azərbaycanda “influenza” virusu sürətlə yayılır”