Səfir: Fransa hökuməti Leyla Yunusun işini diqqətlə izləyir

“Parisdə onun həyat yoldaşı Arif Yunusun həbsdən buraxılmasından razı qalıblar”

Source:


“Parisdə onun həyat yoldaşı Arif Yunusun həbsdən buraxılmasından razı qalıblar”

“Fransa hökuməti həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun işini diqqətlə izləyir”. Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe “Turan İA”-ın “Fransa L.Yunusun taleyini Azərbaycan hökumətilə müzakirə edirmi” sualının cavabında deyib.

Səfir qeyd edib ki, söz azadlığı və insan hüquqları Fransa üçün çox önəmlidir.

L.Yunusa gəlincə, Fransa prezidenti Fransua Olland Bakıya səfəri zamanı onunla görüşüb.

Parisdə onun həyat yoldaşı Arif Yunusun həbsdən buraxılmasından razı qalıblar və L.Yunusla bağlı vəziyyəti izləməyə davam edirlər.

Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini  və  qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını da deyib.

Səfir “Ayastan” Ümumerməni Fondunun Qarabağ separatçılarına dəstək telemarafonun Paris meri tərəfindən dəstəklənməsi barədə bilgisi olmadığını söyləyib.

Lakin onun sözlərinə görə, rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və separatçı rejimi tanımır


* Leyla və Arif Yunuslar ötən ilin yayında həbs olunublar. Bu ilin avqustunda onlar 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Yunuslar cütlüyü iqtisadi cinayətlərdə ittiham olunurlar.


Ötən həftə Apellyasiya Məhkəməsi ölkədən çıxmamaq barədə iltizamla A.Yunusu həbsdən azad edib.

Ana səhifəXəbərlərSəfir: Fransa hökuməti Leyla Yunusun işini diqqətlə izləyir