Qismət Rəhimov 10 ildən artıqdır ki, Gəncədə səbət toxuyur. Elə bu sənəti də babasından öyrənib.
Qismət səbət toxuma işini qədim əl sənəti olduğunu desə də, təlabatın az olduğunu da deyir. “Əvvəllər səbətlərə daha çox tələbat var idi. Zaman keçdikcə, tələbat azalmağa başladı. Səbəb, torba və taxta yeşiklərin çoxalması oldu”. Qismət, bu günə qədər minlərlə səbət hazırlayıb. Səbətin qiymətləri 5-20 manat arası dəyişir: “Gəncəyə gələn adamlar da meyvə və tərəvəzi bu səbətlərə yığıb qonaq aparırlar. Hətta bəzi kənd yerlərində adət-ənənəni saxlamaq üçün cehiz kimi də istifadə olunur. Hal-hazırda səbət məişətdə istifadə olunur, meyvəni və tərəvəzi yaxşı saxlayır. Kartof, soğan üçün isə çox əlverişlidir. Səbətdə qalan kartof göyərmir. Ona görə bir çoxu bu səbətlərdən alıb isitfadə edirlər.
Bir günə təxminən 6-7 səbət hazırlaya bilirəm. Sifariş olduqda babamla birlikdə işləyirik. Əsas odur ki, gündəlik dolanmaq üçün pulumuzu çıxarda bilirik”.