Şah Mat Teatrı “İstehkam”a baxmağa dəvət edir

Psixoloji-dram janrında hazırlanan tamaşada aktyorlar Mir Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas çıxış edəcək.

Source: Specify Source


Xronometrajı 1 saat 15 dəqiqə olan tamaşada bir qocanın isteriya nəticəsində yaddaşını itirməsindən bəhs olunur

Fevralın 27-də Müstəqil Şah Mat Teatrı Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində görkəmli yapon dramaturqu Kobo Abenin “İstehkam” əsəri əsasında hazırlanan eyni adlı tamaşanı təqdim dəcək.

Xalq yazıçısı Elçin Əfəndiyevin tərcüməsi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.

Psixoloji-dram janrında hazırlanan tamaşada aktyorlar Mir Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas çıxış edəcək.

Xronometrajı 1 saat 15 dəqiqə olan tamaşa keçmiş silah zavodunun müdiri, psixoloji problemləri olan bir qocanın isteriya nəticəsində yaddaşını ara-sıra itirməsindən bəhs edir. Bunun səbəbini axtaran oğlu cavabsız suallarla baş-başa qalır.

Ana səhifəMədəniyyətŞah Mat Teatrı “İstehkam”a baxmağa dəvət edir