Şabranda meşə yanğını ailələrə ziyan vurub– fotoreportaj

Fotolar: Meydan TV

Meşə yanğınları Şabranın Dağ Bilici kəndində ailələrin əmlakına ciddi zərər vurub.

Bir ev tamamilə yanıb, çox sayda ev heyvanı tələf olub. 10 kəndin əkin sahələri isə alovlar içində qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) bu barədə yaydığı məlumatda qeyd edilir ki, Şabran rayonunda davam edən yanğınla bağlı artıq bir neçə kəndin əhalisi təxliyə olunub.

Yanğının avqustun 15-də Şabran rayonunun Xəlfələr kəndində, əkin sahəsində başladığı deyilir. Bundan sonra alovlar sürətlə rayonun Dağbilici, Mumlu, Zöhramlı kəndlərinə yayılıb.

Ana səhifəFotoreportajŞabranda meşə yanğını ailələrə ziyan vurub– fotoreportaj