Rusiya vətəndaşları xarici banklara valyuta köçürə bilməyəcəklər

V.Putin. Foto: Meydan TV

Vladimir Putin yeni fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin fevralın 28-də imzaladığı fərmanla Rusiya sakinlərinə ölkə xaricindəki banklara xarici valyutanın köçürülməsini qadağan edib.

Putin bu addımı Avropa İttifaqı ölkələrinin, o cümlərən ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı qoyduğu sankiyalara görə atıb.

Rusiyanın milli valyutası olan rublun zəifləməsi ölkəyə idxal olunan malların qiymətini kəskin artırıb. Həmçinin inflyasiya və faiz dərəcələrinin yüksəlməsi qapıdadır.

Prezidentin bunların qarşısını ala bilmək üçün imzaladığı fərman “ABŞ və ona qoşulmuş başqa ölkələrin, beynəlxalq təşkilatların qeyri-dost hərəkəti ilə bağlı xüsusi iqtisadi tətbirlərin tətbiqi barədə” adlanır.

Həmin sənədlə Rusiya sakinlərinə həmçinin xarici valyutanın istiqraz müqaviləsi üzrə qeyri-sakinlərin hesablarına köçürülməsi də qadağan edilir.

Qadağalara bank hesabı açılmadan xarici təchizatçılara elektron ödəniş vasitələrindən istifadə ilə ödənişlərin edilməsi də daxildir.

Fərmana görə, ixracatçıların xarici valyuta satışları qaydasını Mərkəzi Bank müəyyən edir.

Qadağalar martın 1-dən, yəni bu gündən qüvvəyə minir.

İqtisadçı Natiq Cəfərli deyir ki, hazırda rubl və Rusiyanın səhm bazarı “sərbəst enişdədir”. Burada çox böyük dalğalar gözlənilir və əsasən siyasi xəbərlər məzənnəyə yön verəcək. Əgər atəşkəs imzalansa, müəyyən dərəcədə gərginlik azalsa, rubl və səhm bazarı da sabitləşəcək.

İqtisadçı bildirir ki, Rusiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 3,3 mlrd. dollar civarındadır. Rublun enməsi Azərbaycanda buğda qiymətlərinə təsir edə bilər:

“Güman ki, buğda bahalaşacaq. Ukraynada vəziyyətə görə bu il yaz əkini də azalacaq, deməli, Ukrayna buğda ixrac edə bilməyəcək. Bu da dünyada qiymət artımına gətirəcək”.

Natiq Cəfərli deyir ki, Rusiyada vəziyyət gərginləşsə, orada yaşayan azərbaycanlıların vətənə köçü baş tuta bilər. Azərbaycan isə öz növbəsində bu hala hazır deyil:

“Çünki Azərbaycanda hazırda işsizlik, rəqabətsizlik var, ölkə yeni iş yerləri və iqtisadi fürsətlər üçün sistem olaraq hazır deyil. Hətta deyərdim ki, sistem buna yararsızdır”.

Fevralın 28-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0.0157 manat (1 manat/63.69 rubl) olub. Bu, ötən günlərə nisbətən rus rublunun 20 faizdən çox dəyər itirməsi deməkdir.

Səbəb isə Avropa İttifaqı ölkələrinin, ABŞ və Böyük Britaniyanın Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə bu ölkəyə qoyduqları maliyyə sanksiyalarıdır.

Rusiya fevralın 24-də Ukraynaya yeni hücuma başlayıb. Həmin hadisədən 3 gün öncə, fevralın 21-də isə Rusiya Ukrayna ərazisində separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb.

Lakin Rusiya ilə Ukrayna arasındakı münaqişə yeni deyil.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Həmin vaxtdan davam edən münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

Rusiyanın Ukraynaya sonuncu, fevralın 24-də etdiyi hərbi müdaxilədən sonra ABŞ və Avropa Birliyinin Rusiyaya sanksiyaları güclənib. Rusiyanın bir sıra bankları SWIFT sistemindən çıxarılıb.

İstənilən transaksiyaların, köçürmələrin tez və təhlükəsiz həyata keçməsi üçün SWIFT sistemi önəmli sayıl

Ana səhifəXəbərlərRusiya vətəndaşları xarici banklara valyuta köçürə bilməyəcəklər