Rusiya-Ukrayna müharibəsində daha bir aktyorun həlak olduğu deyilir

Foto: Vladimir Fedinçukun “Facebook” hesabından

Vladimir Fedinçukun Donetsk vilayətində öldüyü açıqlanıb

Rusiya-Ukrayna müharibəsində daha bir aktyorun həlak olduğu bildirilir.

31 yaşlı Vladimir Fedinçukun Donetsk vilayətində gedən döyüşlər zamanı həyatını itirdiyi deyilir.

Bu barədə Ukraynanın Rivne vilayətinin meri Oleksandr Tretyak məlumat verib.

O bildirib ki, aktyor yanvarın 22-də həlak olub.

Vladimir Fedinçuk teatr aktyorudur.

Universiteti Teatr sənəti ixtisası üzrə bitirib.

Onun Kolomiya Vilayət Akademik Ukrayna Dram Teatrında çalışdığı məlumdur.

2016-cı ildən isə Rivne Regional Akademik Ukrayna Musiqili Dram Teatrında çalışmağa başlayıb.

2022-ci ilin 24-də Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayandan bəri ukraynalı aktyor Andrey Pavlenko, Filipp Vinnerin (Dedovskiy) həyatlarını itiriblər.

Aktyor Dmitri Linartoviç isə yaralanıb.

Ana səhifəMədəniyyətRusiya-Ukrayna müharibəsində daha bir aktyorun həlak olduğu deyilir