”Rusiya postsovet məkanında ticari əlaqələri itirməməyə çalışır”

Məhəmməd Talıblı: ”Silah təhcizatını həyata keçirən Rusiya Azərbaycanla idxal-ixrac əməliyyatlarının həcminin genişlənməsində maraqlı olmalıdır”

Source:


Məhəmməd Talıblı: ”Silah təhcizatını həyata keçirən Rusiya Azərbaycanla idxal-ixrac əməliyyatlarının həcminin genişlənməsində maraqlı olmalıdır”

Aprelin 8-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya baş naziri Dmitri Medvedevlə təkbətək görüşündən sonra geniş tərkibdə görüşdə bildirib ki, onlar ikilikdə iqtisadi-ticarət əlaqələrini geniş müzakirə ediblər: “Münasibətlərimizin inkişafında yaxşı dinamika var. İki ölkə arasında ticarət dövriyyəsi obyektiv səbəbdən bir qədər aşağı düşüb. Nəqliyyat və energetika sahəsində çox böyük imkanlar var. Humanitar sahədə də böyük imkanlar və nəticələr var. Biz görüşdə iqtisadi-ticarət əlaqələri, siyasi münasibətləri geniş müzakirə edəcəyik”.

Rusiyanın baş naziri D. Medvedev isə qeyd edib ki, təkbətək görüşdə regional məsələlərə də toxunulub: “Ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İqtsadi əlaqələrin daha da inkişaf etdirilməsi mümkündür. Keçən il ticarət dövriyyəsi müəyyən qədər azalıb. Bu, ölkələrin ixrac etdiyi məhsulların qiyməti ilə əlaqədar olub. Bir çox layihələri həyata keçirmək olar. Humanitar məsələləri də müzakirə edəcəyik”.

Prezident və baş nazirin iqtisadi-ticari əlaqələrlə bağlı deiklərini Meydan TV-yə şərh edən iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, Rusiyanı bu sahədə məmnun edən odur ki, strateji müttəfiqləri olan Ermənistanı yerində oturdan Azərbaycanda heç bir sərt ritorika sezilmədi. Yəni, Rusiya Azərbaycana silah satışı bazarını əldən buraxmaq istəmir: “Bizə təkcə 2010-cu ildə 4 milyard dollarlıq silah satılıb. Bu, az məbləğ deyil. Cəbhədə üzbəüz dayanan 70 min əlisilahlı hərbçiyə silah satmaqdan faydalı nə ola bilər ki? Silah təhcizatını həyata keçirən Rusiya Azərbaycanla idxal-ixrac əməliyyatlarının həcminin genişlənməsində maraqlı olmalıdır. Əgər xatırlayırsızsa, 2 il bundan öncə Putin Bakıda olarkən, ölkəmizlə xarici ticarət dövriyyəsinin 5 milyard dollara çatdırması ilə bağlı hədəflərinin olduğunu bildirmişdi. Yaddaş üçün qeyd edim ki, həmin il hər iki ölkənin ticarət dövriyyəsi 2,2 mlrd. dollar səviyyəsində idi”.

O ki qaldı Rusiya ilə əlaqələrin zəifləməsinə, iqtisadçı deyir ki, şimal ölkəylə əksər dövlətlərin xarici ticarət əlaqələrində əhəmiyyətli azalmalar mövcuddur: “Azərbaycan da bu sıradan istisna deyil. Rusiya böyük bazarları itirib. ABŞ və Aİ tərəfindən izolyasiya olunması 3-cü dünya ölkələrinə daha çox üz çevirməsinə gətirib çıxarıb. Ən yaxşı halda Şərqi Avropa ölkələri və postsovet məkanında ticari “qalaları” da itirməməyə çalışır. Buna görə bizimlə iqtisadi əlaqələrin intensivləşdirməsində maraqlıdırlar. Ən ironik tərəfi isə odur ki, Medvedyev Azərbaycanla yeni layihələr haqqında düşünməyin vacibliyini dilə gətirdi. Azərbaycan özü üçün strateji hesab etdiyi layihələri Rusiyasız həyata keçirir. Daha önəmli strateji layihələr mərhələsi keçmişə aid olub”.

Ana səhifəAnalitika”Rusiya postsovet məkanında ticari əlaqələri itirməməyə çalışır”